2 C
Baku
Sunday, December 15, 2024

KİV: Türkiyə Ukrayna taxılını bazar qiymətlərindən aşağı qiymətə ala biləcək

Türkiyə Rusiya və Ukrayna ilə əldə olunan razılaşmalar əsasında dəniz yolu ilə daşınacaq taxılı dünyadakı bazar qiymətlərindən aşağı qiymətə ala biləcək.

Bu barədə bu gün “Sabah” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, bununla da Türkiyə taxıla olan tələbatını digər ölkələrlə müqayisədə daha sərfəli şərtlərlə ödəyə biləcək.

“İyulun 22-də İstanbulda kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı müqavilələr imzalayan Türkiyə parlamentinin kənd təsərrüfatı komissiyasının rəhbəri Yunus Kılıçın sözlərinə görə, hər iki nazir (Rusiya Federasiyasından və Ukraynadan) şifahi olaraq Türkiyəyə taxıl qiymətləri və onun alınması baxımından üstünlüklər əldə edəcəyinə söz verdilər. Bunun sayəsində biz taxılın sonrakı ixracı üçün də ala biləcəyik”, – deputat qəzetə müsahibəsində bildirib.

Yunus Kılıç onu da bildirib ki, təbii ki, onlar (Rusiya və Ukrayna) tədarük ölkələrini, məhsulun həcmini və taxılın qiymətini özləri müəyyən edəcəklər: “Türkiyə, imzalanmış sənədə əsasən, katiblik rolunu öz üzərinə götürüb və onların digər ölkələrlə ticarətində xarici nümayəndəliklərlə müqayisə oluna bilən funksiyaları yerinə yetirəcək”.

Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb.

Son xəbərlər
Digər xəbərlər