Amerika iqtisadiyyatı yavaşlayır, lakin resessiya əlaməti yoxdur.
Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.
“İqtisadiyyat yavaşlayır. Keçən il təqribən 5,5% sürətli artım oldu, pandemiya zamanı işini itirən insanlar əmək bazarına qayıtmağa müvəffəq oldular. Hazırda əmək bazarı çox güclüdür. Bu, resessiyada olan iqtisadiyyat deyil, lakin biz indi artımın yavaşladığı keçid dövründəyik”- deyə, o bildirib.