14 C
Baku
Saturday, November 16, 2024

Ekspert ən dayanıqlı 5 valyutanı təyin etdi

Alpari analitiki Vadim Yosub avqust ayının nəticələrinə əsasən dünyanın ən dayanıqlı 5 valyutasını təyin etmişdir. Ən pis nəticə isə Qazaxıstan təngəsinə aiddir.

Onun bildirdiyinə görə: “Biz yayın son ayı üzrə dünya valyutalarının dəyişkənliyini təhlil etdik. Təhlil üçün isə Forex bazarında dövriyyədə olan aparıcı dünya valyutaları, həmçinin Ukrayna qrivnası, Belorusiya rublu, Rusiya rublu və Qazaxıstan təngəsi əsas götürülmüşdür. Valyutaların enmə və yüksəlmə səviyyəsi isə ABŞ dollarına münasibət əsasında təyin edilmişdir”.

Ən dayanıqlı valyutaların reytinqində ilk pillədə avqust ayında dollarla münasibətdə 2,2% “möhkəmlənmiş” yapon yeni qərarlaşmışdır. İkinci pilləni isə avro, Danimarka kronu və qrivna bölüşdürür və onlar 1 ay ərzində dollarla münasibətdə 2,0% möhkəmlənmişdir.

Üçüncü pillədə 1,7% yüksəlmiş İsveç kronu, dördüncü pillədə 0,1% möhkəmlənmiş İsveçrə frankı yer almışdır. ABŞ dollarının özü isə 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər