12 C
Baku
Wednesday, December 11, 2024

Əmanət cəlbetməni artırmaq lazımdır

Sabiq maliyyə naziri Saleh Məmmədov bank sistemi barədə fikirləri ilə bölüşmüşdür.

Dünyada isə 20 trilyon dollar sərbəst vəsait dolaşmaqdadır, istifadəyə risksiz obyekt axtarır.

Təəssüflər olsun ki, son devalvasiya bu işə ciddi mənfi təsir edib; amma vəziyyəti bərpa etmək olar. Bunun üçün möhkəm və etibarlı maliyyə – bank-pul sistemi qurmamız lazımdı, dünyanın bütün maliyyə mərkəzlərində iri banklarımızın filiallarını qurmalıyıq. İri maliyyə mərkəzlərində əmanətlərin faizi 2% dən yuxarı deyil, belə olan halda nə qədər potensial əmanət cəlb etmə imkanlarımız yaranır. Dünyada isə 20 trilyon dollar sərbəst vəsait dolaşmaqdadır, istifadəyə risksiz obyekt axtarır.

NEFT VƏ QAZDAN FƏRQLİ SAHƏLƏRDƏN GƏLİRLƏR FORMALAŞDIRILMALIDIR

Yüksək səviyyəli tranzit iqtisadiyyatı quran və heç bir neft –  qaza malik olmayan Sinqapur ildə 450 milyard dollar gəlir eldə edir

Şirkətlərdə olduğu kimi, dövlətlərdə də, inkişafın 60-70%-i kreditlər hesabına maliyyələşir. Bu gün böhrandan çıxmaq və hətta ondan yararlanmaq üçün heç bir başlanılan və nəzərdə tutulan investisiya layihəsini dayandırmaq qəti olmaz; bəlkə də normal şəraitdə bu, elə də ciddi təsir görsətməzdi; amma böhran şəraitində, panika yaradaraq bütün iqtisadiyyatı iflic edə bilər,  potensial imkanlardan istifadə edərək onların hamısını maliyyələşdirmək zəruridir.

Yeni layihələr üzərində düşünmək lazımdır, kənd təsərrüfatı, tranzit iqtisadiyyatı qurulması üzrə, beynəlxalq layihələr, neft və qaz biznesinin restrukturizasiysı, orta və kiçik biznesin inkişafı layihələri və s. yüz milyardlarla vəsait tələb edir. Neft və qazın yanacaq kimi istifadəsi sahələri daralır, yeni istiqamətlərə yönəldilməsi zəruridir. Bu il artıq Toyota şirkəti su və ya sudan alınan hidrogenlə çalışan maşınların kütləvi istehsalına başladı; bu proses bütün sahələrdə davam edir. Amma materialşunaslıq elminin sürətlə inkişafı nəticəsində neft və qazdan bütün sahələrdə istifadə oluna biləcək materiallar, yüzlərlə məhsul növü hazırlanır, hətta armatur, maşınqayırmada istifadə olunan materiallar, kosmos sənayesində istifadə olunan materiallar istehsal olunur.

Neft və qazın ucuz satılması əvəzinə onlardan alınan məhsulların daha baha qiymətə satılması faydalıdır. Bu investisiyalar yüz milyardlarla vəsait tələb edir. Tranzit iqtisadiyyatını qurmaq üçün böyük miqdarda vəsait tələb olunur, amma ikiqat mənfəət verir. Yüksək səviyyəli tranzit iqtisadiyyatı quran Sinqapur heç bir neft –  qaza malik olmayan, Azərbaycanın ən kiçik rayonlarından biri qədər ərazidə (645 kv km, təqribən Yardımlı və ya Qazax rayonunun ərazisi qədər) elə sistem qurmuşdu ki, ildə 450 milyard dollar, yəni Azərbaycandan 20 dəfə çox məhsul ixrac edir (Azərbaycanın illik ixracı 22 mlrd dollardı). Real və səmərəli tranzit iqtisadiyyatı qurmaq üçün ilk növbədə bütün qanunvericilik bazasını tranzit iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaq lazımdı. Prezidentin qeyd etdiyi kimi, ölkənin ən böyük problemi olan inhisarçılığı (monopoliya) aradan qaldırmaq, korrupsiyaya qarşı mübarizəni gücləndirmək lazımdı.

SONUNCU MARAQLI TƏKLİF: ÖLKƏDƏ İKİNCİ DƏRƏCƏLİ DÖVLƏT DİLLƏRİ

İsveçrədə 4 dil dövlət dilidir, bütün məmurlar bütün bu dilləri bilmək məcburiyyətindədir, başqa cür o heç məmur ola bilməz.

Ünsiyyət problemini həll etmək üçün Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərinin də ikinci dərəcəli dövlət dili kimi istifadə olunması zəruridir. Dünyada ən inkişaf etmiş ölkələr bir neçə dövlət dilinə malik ölkələrdi. Bu, bir tərəfdən, millətin ümumi potensialının artmasına, ünsiyyətin asanlaşmasına, həmçinin yeni bazarların mənimsənilməsinə, digər tərəfdən, dostluq münasibətlərinin, informasiya və intellektual mübadilənin genişlənməsinə və artmasına kömək edə bilərdi. Bir dil bilmək bir şəxsin, 3 dil bilmək üç şəxsin əvəzlənməsi deməkdir. Nümunə kimi göstərdiyimiz Sinqapurda 5 dil, İsveçrədə 4 dil dövlət dilidir, bütün məmurlar bütün bu dilləri bilmək məcburiyyətindədir, başqa cür o heç məmur ola bilməz.

Son xəbərlər
Digər xəbərlər