Avropa İttifaqına (Aİ) üzv ölkələrin enerji nazirləri razılığa gəlib.
Bu barədə Aİ Şurasının Çexiya sədrliyinin “Twitter” hesabında məlumat verilib.
“Bu, qeyri-mümkün bir missiya deyildi! Nazirlər qarşıdan gələn qış ərəfəsində qaza tələbatın azaldılması ilə bağlı siyasi razılığa gəliblər”, – qeyd olunub.
Bildirilir ki, Macarıstan istisna olmaqla, Aİ ölkələri 2022-ci il avqustun 1-dən 2023-cü il martın 23-dək qaz istehlakını 15% azaltmaq barədə Avropa Komissiyasının təklifini dəstəkləyiblər.