9 C
Baku
Tuesday, December 24, 2024

Azərbaycanın icbari daşınmaz əmlak və avtosığorta bazarı böyüyüb

2022-ci ilin iyun ayına olan göstəricilərə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar ötən ilin yarımil göstəriciləri ilə müqayisədə 10.1% artıb, ödənişlər isə 31.6% azalıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin yarımil hesabatına istinadən xəbər verir.

Hesabat dövründə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqları 35 mln. 320.5 min manat, sığorta ödənişləri 538.5 min manat həcmində olub. Cari ilin təkcə iyun ayında bu sektorda yığımlar 9.8%, ödənişlər isə 23% artıb.

Hesabata əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqları 48 mln. 448.5 min manat, sığorta ödənişləri 41 mln. 774.7 min manat təşkil edib. İyun ayı ərzində yığımlar 23.2%, ödənişlər 16.2% artıb. İllik müqayisədə isə bu artım müvafiq olaraq 3.6% və 30.2% olub.

 

Son xəbərlər
Digər xəbərlər