Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında imzalanmış, Avropaya daha çox təbii qaz nəqlini nəzərdə tutan memorandum çərçivəsində TANAP-ın gücü iki dəfə artırıla bilər.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
“TANAP-ın ötürmə gücü iki dəfə artırıla bilər. İllik ötürülən 16 milyard kubmetr təbii qaz 31-32 milyard kubmetrə qədər yüksələcək. Bunun üçün bəzi qabiliyyətartırma investisiyalarına ehtiyac olacaq”, – nazir bildirib.
Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən vaxta ehtiyac var və Türkiyə prosesdə iştirak etməyə hazırdır.