Hazırda dünyada meymunçiçəyinə 18 mindən çox yoluxma halı müəyyən edilib.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
“İndiyədək 78 ölkədə 18 mindən çox yoluxma halı aşkarlanıb”, – o məlumat verib.
Onun sözlərinə görə, yoluxma hallarının 70%-dən çoxu Avropada, 25%-i isə Amerika qitəsində qeydə alınıb.
T.Qebreyesus bu xəstəlikdən ümumilikdə 5 nəfərin öldüyünü deyib.
Baş direktor vurğulayıb ki, yoluxma riski ciddi qəbul edilərsə, əhali məlumatlandırılarsa və ən həssas qrupların müdafiəsi üçün tədbirlər görülərsə, meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq olar.