Rusiya Avropaya nüvə zərbəsi endirə bilər.
Bu qənaətə Pentaqonun sifarişlərini yerinə yetirən ABŞ mərkəzli araşdırma mərkəzi olan “Rand Corporation”ın analitikləri gəlib.
Bildirilib ki, Rusiya Ukraynadakı münaqişənin “üfüqi eskalasiyasına” gedərək NATO-nun avropalı üzvlərinə sıçratmaqla zərbələr endirmək qərarına gələ bilər.
Qeyd olunub ki, NATO-nun Ukraynadakı müharibəyə birbaşa hərbi müdaxiləsinin qaçılmaz olması Rusiyanı belə bir addım atmağa sövq edə bilər.