Bu gün ki gündə milyonçu olmaya bilərsən, lakin bir gün milyonçu olacağına dair ümidi itirmək düzgün deyil. Aşağıda sadalanan cəhətlərlə “Nəyə göə bu günə qədər milyonçu ola bilmədiyinizin” səbəblərini tapa bilərsiniz. Bu səbəbləri özünüzdən kənarlaşdırmaqla zəngin olmaq şansınızı artıra bilərsiniz, hətta bu gün orta hədli əmək haqqıya sahib olsanız belə.
Kimin üçünsə işləyirsiniz:
Özünüz üçün işlədikdə belə milyonlar qazanacağınıza heç kim zəmanət verə bilməz, lakin başqası üçün işlədikdə bu şansdan tamamilə uzaqlaşmış olursunuz. Bununla yanaşı, öz biznesinizi yaratmaq üçün elə bu gündən etibarən işinizi tərk etməyə ehtiyac yoxdur. Bunun əvəzində yeni yaradacağın start-up ilə hazırki işinizi eyni anda idarə etməyi nəzərdən keçirin. Əldə etdiyiniz əmək haqqı ilə özünüzü və yeni başladığınız biznesi vəsaitlə təmin edə bilərsiniz.
Risk etməkdən qorxursunuz:
İnsanlar risk etmədikdə milyonçuya çevrilmirlər. Riskə getmək heç də o demək deyil ki, bütün pullarınızı eyni bir müəssisəyə yatırmalısınız və yaxud yalnızca gəlir üçün oynamalısınız. Riskə getmək – öz kapitalınızdan düzgün istifadə etmək deməkdir. Hələ heç kəs depozitdən gələr faizlərlər varlanmayıb. Milyonçular vəsaitlərini necə düzgün şəkildə investisiya etməyi bilirlər.
Heç vaxt öz ideyalarınızdan istifadə etmirsiniz:
Milyon dollarlıq ideya düşünüb və onu həyata keçirmək arasında böyük fərq var. Əgər siz sadəcə arzulayırsınız və heç nə etmirsinizsə bu sizə varlı olmağa kömək etməyəcək. Milyonçular sadəcə oturub digərlərinin necə uğur qazandıqlarını izləmirlər. Onlar məqsədlərinə nail olmaq üçün lazımi addımlar atır.
Pullarınızdan düşünmədən istifadə edirsiniz:
Müasir dünyamızda orta statistik bir şəxs varlı olmaq üçün potensiala sahibdir. İnvestisiya, yaxşı büdcə və dəqiq məqsədlər bir şəxsi təqaüdə çıxmadan öncə milyonçuya çevirə bilər. Əgər siz hazırda olan vəsaitlərinizdən düzgün şəkildə istifadə edə bilmirsinizsə, çox güman ki, əlinizdə milyon dollar olduqda da eyni səhvi təkrar edəcəksiniz. Büdcənizi sabitləşdirin və məqsədlər yaradın. Bu əhəmiyyətli dərəcədə pula qənaət etməyə kömək edəcək.
Lazımi insanlarla əməkdaşlıq etmirsiniz: Əgər bütün zamanınızı tənbəl insanların əhatəsində keçirirsinizsə heç vaxt həyatda uğur qazanmayacaqsınız. Bunun əvəzində özünüzü enerjili və artıq həyatda müəyyən uğura nail olmuş insanlarla əhatə etsəniz zamanla özünüz də onlar kimi olacaqsınız. Məqsəd və arzularınızı dəstəkləyən insanlarla ünsiyyətə üstünlük verin, nəinki zamanını boş yerə sərf edənlərlə.