2 C
Baku
Saturday, December 14, 2024

Türkmənistan ölkədən Alabayların ixracını məhdudlaşdırır

Türkmənistan populyasiyasını qorumaq üçün Alabay cinsindən olan itlərin ixracını məhdudlaşdırıb.

Müvafiq qanunu ölkə prezidenti Serdar Berdiməhəmmədov imzalayıb.

Hazırda iti ölkədən çıxarmaq üçün səyahət edənlərə səlahiyyətli orqanın orderi lazım olacaq, ona qadağa və ya icazə vermək qərarı hökumət üzvləri ilə birgə veriləcək.

Həmçinin, Alabay cinsindən olan bütün bala itlər dövlət damazlıq kitabçasına və damazlıq itlər haqqında məlumatları özündə əks etdirən xüsusi reyestrə daxil ediləcək.

Alabayların sahiblərindən pasportlarında ev heyvanları haqqında məlumat göstərilməli, sənəddə itin doğum tarixi, cinsi, rəngi və digər məlumatlar əks olunmalıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər