Təsəvvür edin ki, adi bir fermerin ağırlığı 100 kq olan kartof kisəsi var. Bu kisəsnin içərisinə nəzər yetirən fermer aşkar edir ki, kisə nəmişlik yerdə qalıb və onun çəkisinin 99%-ni su və yalnızca 1%-ni kartofun tərkibində olan digər maddələr təşkil edir. O kartofun tərkibindəki suyun 98%-ə düşməsi üçün bir qədər qurutmaq qərarına gəlir və kisəni quru bir yerə aparır.
Növbəti gün belə məlum olur ki, 1 litr (1 kq) su həqiqətən də buxarlanıb, lakin kisənin çəkisi 100-dən 50 kq-a enib. Bu necə baş verə bilərdi? Gəlin hesablayaq. 100 kq-ın 99%-i 99 kq-dır. Deməli quru qalıq ilə suyun çəkisi əvvəldən bərabər şəkildə 1/99 idi. Kisəni qurutduqdan sonra ümumi çəkinin 98%-ni su təşkil edir, deməli hazırda quru qalıq ilə suyun çəkisi indi 1/49-dur. Belə ki, qalığın çəkisi dəyişməmişdir və qalan suyun həcmi 49 kq-dır.
Əlbəttə, diqqətli oxucu hesablamada dərhal kobud səhvi aşkar edəcək. Bu komik “kartof kisəsi paradoksu”-nu ilk baxışdan “məntiqi” və “elmi əsaslı” ideyaların köməkliyi ilə “boş yerdən” sağlam düşüncəyə zidd olan nəzəriyyə yaratmaq mümkündür.