6 C
Baku
Sunday, December 15, 2024

Litva qələbəyə qədər Ukraynaya hərbi, humanitar və maliyyə yardımı göstərəcək

“Bu gün Litva Ukraynanı bütün imkanları ilə dəstəkləyir: hərbi, humanitar və maliyyə yardımı göstərilir və bu, Rusiyanın başladığı müharibədə Ukrayna qələbə çalana qədər davam edəcək”.

Bunu Litva Prezidenti Qitanas Nauseda Ukrayna Ali Radasının plenar iclasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Rusiya genişmiqyaslı müharibəyə başlayandan bütün Litvanı Ukraynaya kömək etmək arzusu birləşdirib, özü də təkcə hakimiyyət orqanları deyil, həm də sadə litvalılar, biznes nümayəndələri və qeyri-hökumət təşkilatları tərəfindən ümumi səylər göstərilir.

“Litva Ukraynaya bu müharibədə qalib gəlməyə kömək edəcək. Biz Rusiyanın imperiya ambisiyalarının bütün regionun təhlükəsizliyinə yaratdığı təhlükəni yaxşı başa düşürük. Tarixi təcrübə bizə göstərir ki, Moskva tiranının qarşısı vaxtında alınmalıdır. Biz köhnə səhvləri təkrarlamağa imkan verə bilmərik”, – Litva Prezidenti bildirib.

Q.Nausėda əmin edib ki, Litva Ukraynaya uzunmüddətli dəstəyi təmin etmək və Rusiyanın bu müharibəni davam etdirmək imkanlarını məhdudlaşdırmaq üçün tərəfdaşları və müttəfiqləri ilə işləməyə davam edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər