Lavrov: “Blinkenlə telefon danışığının vaxtı razılaşdırılır”

“ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığının vaxtı razılaşdırılır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov E.Blinkenlə gözlənilən telefon danışığı ilə bağlı açıqlamasında bildirib.

O qeyd edib ki, telefon danışığının iyulun 29-da baş tutması ehtimalı yoxdur.

S.Lavrov əsirlərin dəyişdirilməsi və Ukraynanın mühasirədə qalan taxılının daşınmasına dair ABŞ dövlət katibinin təkliflərini dinləməyə hazır olduğunu vurğulayıb.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər