“İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir. Çünki məqsəd ixtisar etmək və yaxud kimisə işdən çıxarmaq deyil”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.
O bildirib ki, uzunmüddətli inkişaf elmsiz mümkün deyil, bu səbəbdən ixtisarlar baş verməyəcək.
E.Əmrullayev qeyd edib ki, nazirliyin daxilində koordinasiya qurumları ola bilər:
“Nazirliyin Kollegiyasında da elm tərəfindən olan insanların təmsilçiliyi olduqca vacibdir”.