Ukraynada gənc azərbaycanlı iş adamı qətlə yetirilib.
33 yaşlı Seymur Qəniyev bıçaqlanaraq öldürülüb.
Onun hansı şəraitdə, hansı səbəbdən və kim tərəfindən qətlə yetirilməsi hələlik məlum deyil.
Qeyd edək ki, Seymur Qəniyev əslən Kürdəmir rayonundandır. O, Kürdəmirdə məşhur olan “Bığ” restoranının sahibi, mərhum Səyyad Qəniyevin qardaşı oğludur.