Yaponiyada 1 431 adda ərzaq məhsulunun qiymətində artım qeydə alınıb.
Bu baxımdan rekordun oktyabr ayında qeydə alınacağı gözlənilir.
Analitiklər daha 6 min adda məhsulun bahalaşacağını proqnozlaşdırırlar.
Bu il ərzində qiymətlərin orta hesabla 14% artacağı gözlənilir.
Əgər yaya qədər qiymət artımına dünyada taxıl və yanacaq qiymətlərinin artması təsir edirdisə, daha sonra yenin ucuzlaşması, həmçinin idxal qiymətlərinin artması vəziyyəti daha da gərginləşdirib.