Türkiyə heç bir müttəfiqi üçün təhdid deyil, Türkiyə güclü və etibar ediləcək bir müttəfiqdir.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib.
O, Yunanıstanı Egey dənizindəki adaları silahlandırmaqdan, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırıb. Akarın sözlərinə görə, Yunanıstan Türkiyənin xoşməramlı addımlarını zəiflik əlaməti olaraq qəbul etməməlidir, Ankara bütün ona qarşı olan bütün təhdidlərə lazımı cavabı vermək gücündədir.