Azərbaycanda futbol klubunun kapitalı kəskin artırılıb

Azərbaycanın eyni adlı şəhərini təmsil edən idman klubu “Qəbələ”nin kapitalı artırılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumatda göstərilir ki, “Qəbələ” idman klubunun nizamnamə kapitalı 700 min manatdan 388.7 min manata qaldırılıb.

“Qəbələ” PFK əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir.

2007-ci il avqustun 31-dək “Gilan” PFK adı  altında fəaliyət göstərirdi, hansı ki, bu ad onun baş sponsoru həmin dövrdə “Gilan” idi. Həmin tarixdən sonra “Qəbələ” PFK adı ilə dəyişdirilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər