21 C
Baku
Tuesday, October 8, 2024

Türk lirəsi nəzarətdən çıxır

Türk lirəsi enməyə davam edir və növbəti dəfə ABŞ dollarına qarşı münasibətdə tarixi minimumu yenilədi. USD/TRY cütünün məzənnəsi psixoloji həddə, yəni 1 dollar/3 lirə göstəricisinə çatmışdır.

Ümumilikdə türk valyutasının məzənnəsinə təsir edən amillər həm iqtisadi, həm də siyasi xarakterlidir. Qeyd edək ki, 1 noyabr tarixində ölkədə yenidən seçkilər keçiriləcək. Hələlik isə prezident Recep Tayyip Erdoğan Türkiyənin müvəqqəti hökumətinin tərkibini təsdiq etmişdir.

Eyni zamanda Türkiyədə inflyasiya da sürətlənməyə başlamışdır. Avqust ayında onun həcmi iyulda qeydə alınan 6,8% göstəricinin əvəzinə 7,14% təşkil etmişdir. Daha çox mehmanxana və restoran xidmətlərinin, həmçinin ərzaq məhsullarının qiymətinin qalxması müşahidə edilir.

Son xəbərlər
Digər xəbərlər