2022-ci ilin 6 ayı әrzindә ölkәdә Milli Ödәniş Sistemi (AZİPS, XÖHKS) vasitәsilә aparılan әmәliyyatların ümumi hәcmi 128.2 mlrd. manat, sayı isә 38.8 mln. әdәd tәşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 30.2% çoxdur.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, hesabat dövründə Milli Ödәniş Sisteminin әsas komponentlәri olan iri vә tәcili ödәnişlәr üzrә AZİPS vasitәsilә keçәn ödәnişlәrin sayı 0.6 mln. әdәd, hәcmi 109.4 mlrd. manat, xırda vә daim tәkrarlanan ödәnişlәrin elektron daşıyıcılarla hәyata keçirilmәsinә imkan verәn XÖHKS üzrә isә ödәnişlәrin sayı 38.2 mln. әdәd, hәcmi 18.8 mlrd. manat olub. 2021-ci ilin analoji dövrü ilә müqayisәdә aparılan әmәliyyatların sayında AZİPS üzrә 27%, XÖHKS üzrә isә 8.9% artım, hәcmindә isә müvafiq olaraq 31.5% vә 23% artım olub.
Milli Ödәniş Sistemi vasitәsilә kommersiya bankları tәrәfindәn aparılmış köçürmәlәrin sayı vә hәcmi 2021-ci ilin analoji dövrü ilә müqayisәdә müvafiq olaraq 9.2% vә 39.1% artıb.