10 C
Baku
Saturday, January 11, 2025

Samsung-un tarixi

Samsung sənaye qrupu bu gün müasir qlobal iqtisadiyyatın əsas simvollarından və Cənubi Koreyanın üçün ən nəhəng korporasiyalarından (Hyundai və LG ilə bir arada) biridir, onlar bu kasıb və zəif inkişaf etmiş ölkəni dünyada öz sözünü deyə bilən ciddi oyunçuya çevirdilər. Bəs hər şey necə başladı? 

Hadisələr belə başladı ki, 1930-cu ildə Koreyada Li Ben Çxol adlı bir şəxs düyü ununun istehsalı ilə məşğul olmaq qərarına gəlir. Li tərəfindən Tequ şəhərində salınmış balaca düyü anbarı Samsung kompaniyasının böyük tarixinin başlanğıcı olur. Li Ben Çxol Çin və Mancuriyaya düyü unu və qurudulmuş balıq ixracının səmərəli təchizatı kanallarını tapmaqla, öz kompaniyasını inkişaf etdirirdi.

Kompaniya Koreya müharibəsi başlayana qədər uğurla inkişaf edirdi. Lakin müharibə cari biznesə son qoyur. Bütün anbarlar, düyü ehtiyatları, həmçinin də kompaniyanın ofisə yanaraq külə çevrilir.

samsung tego

Tequ şəhərindəki elə həmin anbar

Kompaniyanın keçmiş baş-qərargahında yeganə salamat tapılmış əşya –uzaqgörən Li Ben Çxolun özünün bəzi ehtiyatlarını saxladığı qutu idi. Bu pulları o, yeni işin qurulmasına buraxdı və Samsung sözün həqiqi mənasında o dünyadan geri qayıtdı. Yeni toxuculuq fabriki yaradıldı, daha sonra isə Li şəkər istehsalı ilə məşğul olmağa başladı. İşlər yenə də yaxşı getməyə başladı və 1960-cı illərdə Li Ben Çxol Koreyanın ən çox hörmət edilən biznesmenlərindən birinə çevrilmişdi. Amma ölkədə baş qaldırmış inqilab Linin bu zəhmətini də heçə endirdi –onun bütün əmlakı müsadirə edildi, özü isə həbsə alındı.

Li Ben Çxol yalnız o zaman yada düşdü ki, hökumət yeni iqtisadi islahatlar kursuna başlamağa qərar verdi. Hakimiyyətə gəlmiş general Pak Çon Xi belə qərar vermişdi ki, ölkənin iqtisadiyyatının əsasını nəhəng konqlomeratlar (çyoboli) təşkil etməlidir, bu zaman onlar yapon nümunəsindən (dzaybatsu) istifadə etmək qərarı verdilər. Ölkə təcili olaraq istedadlı iş adamlarının köməyinə ehtiyac duydu və bu zaman xoşbəxt bilet Linin də bəxtinə düşdü, onu həbsdən azad edərək, biznes ilə məşğul olmağa imkan verdilər, bundan əlavə ona dövlət yardımı və kreditləri vəd edildi. Amma bu dəfə Li əsaslı dönüş edərək, tamamı ilə başqa bir istiqamət tutdu. Onun kompaniyası böyük təşəbbüskarlıqla onlar üçün yeni lakin olduqca perspektivli olan bir sahəyə baş vurmaq qərarı verdi –söhbət elektronika istehsalından gedir.

li%20ce

Li Ben Çxol

Inanılmaz dərəcədə qısa müddət ərzində Samsung bu sənaye sahəsinin liderinə çevrildi. Lakin Li Ben Çxol təkcə elektronika istehsalçısı olmaqla kifayətlənmək istəmirdi, o böyük miqyaslı diversifikasiya həyata keçirdi və Samsungda çoxsaylı yeni şöbələr meydana gəldi – məişət texnikasının istehsalı, ağır sənaye, avtomobillər (daha sonra Renault-a satıldı), telekommunikasiya, həmçinin tikinti. Məhz kompaniyanın inşaat bölməsi – Samsung Engineering bir zaman dünyanın ən hündür binaları olmuş üç nəhəng göydələnin tikintisini həyata keçirmişdir. Kuala-Lumpurda Petronas Qülləsi, Tayvanda Taipei 101 və Dubayda Bürc-Xəlifə.

sam

Samsung loqotipinin təkamülü

Bu gün Samsung kompaniyası dünyanın ən nəhəng korporasiyası səviyyəsinə qədər böyümüşdür, o demək olar ki, hər şey batareyadan tutmuş iri okean laynerləri istehsal edir və hətta göydələnlər də inşa edir. Kompaniyanın pul dövriyyəsi Cənubi Koreyanın büdcəsinin əhəmiyyətli hissəsini formalaşdırır.
Korporasiya dünyanın 65 ölkəsində ofis, istehsal fabrikləri və tədqiqat laboratoriyalarına malikdir və bu müəssisələrdə 300 000-dən artıq insan çalışır. Kompaniyanın rəhbərliyi bu günə qədər Li ailəsinin əlində cəmlənib. 2008-ci ilə qədər kompaniyanın direktoru Li Ben Çxolun oğullarından biri idi. Samsung-un uğur yolu –təşəbbüskarlığın, indankarlığın, uzaqgörənliyin, fərasət və öz qələbənə inamın möcüzə yaratmağa qadir olduğunu sübut edən ən gözəl nümunədir.

Son xəbərlər
Digər xəbərlər