ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına “Patriot” hava hücumundan müdafiə sistemlərinin satılmasına razılıq verib.
Bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Müqavilənin ümumi dəyəri 3 milyard dollardır. Razılaşmaya raket sistemləri ilə yanaşı ehtiyat hissələr və logistik dəstək daxildir.
Razılaşma Konqres tərəfindən təsdiq edilməlidir.
Sistemlər Səudiyyə Ərəbistanının ballistik raketlərdən qorunmasını təmin edəcək.