ABŞ Tayvanda hər zaman azadlıq və təhlükəsizliyin olmasını istəyir və bundan geri çəkilməyəcək.
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvan administrasiyasının rəhbəri Tsay İnq-venlə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Pelosi qeyd edib ki, “Vahid Çin” siyasətinə hörmət edir, lakin ABŞ-ın Tayvanla həmrəyliyi hər zamankından daha vacibdir. O, əlavə edib ki, ABŞ adadakı status-kvonu dəstəkləyir və Tayvanda güc yolu hər hansı bir şeyin baş verməsini istəmir. Pelosi səfəri ilə bağlı Tayvanın üzləşə biləcəyi iqtisadi nəticələrə münasibət bildirərkən qeyd edib ki, adanın ABŞ-la olan əlaqələri ona daha yaxşı iqtisadi mübadilə üçün qapı açır.
Tsai İnq-ven isə vurğulayıb ki, Tayvan status-kvonun qorunmasına sadiqdir və Çinin Pelosinin səfərinə cavab olaraq başlatdığı hərbi təlimlər qeyri-zəruri reaksiyadır.