Manat və valyutada banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb
Azərbaycanda həm manat, həm də xarici valyutada ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi azalıb. Bu ilin iyul ayında manatla verilən kreditlərin orta faiz dərəcəsi 0,71 faiz bəndi azalaraq avqustun 1-nə illik 6,33%, xarici valyutada isə 0,53 faiz bəndi azalaraq illik 5,09%-ə düşüb.
Bu barədə Mərkəzi Bankın açıqladığı hesabatda bildirilir.
Manatla kreditlər üzrə ən yüksək faiz dərəcəsi 90-180 günlük kreditlərdə – illik 16,0%, xarici valyutada isə 1 ildən yuxarı kreditlərdə isə 8,06% səviyyəsində qeydə alınıb. Ən aşağı faizlər isə 1 aylıq kreditlərdə – manatla 1,94%, valyutada 3,60% olub.
Report