9 C
Baku
Thursday, December 12, 2024

Belarus ICAO-nun “Ryanair” insidenti ilə bağlı çıxardığı nəticələrlə razılaşmır

Hava gəmisinin mümkün minalanması ilə bağlı anonim təhdidlər səbəbindən, 23 may 2021-ci il tarixində Minskə təcili eniş edən, “Ryanair” təyyarəsinə dair hadisənin faktlarının müəyyənləşdirilməsi məqsədilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurası (ICAO) tərəfindən 2022-ci il iyulun 18-də qəbul edilən, ICAO araşdırma üzrə İşçi Qrupunun yekun Hesabatının nəticələri ilə Belarus Respublikası qəti şəkildə razılaşmır.

Belarusun Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İşçi Qrupunun Hesabatı hələ də, 31 yanvar 2022-ci il tarixli əvvəlki versiyası kimi, hesabatın özündə də bəyan edildiyi kimi, natamam məlumata əsaslanır. Xüsusilə, hesabatda əvvəl olduğu kimi, digər uyğun hava limanlarının daha yaxın olduğu halda, təyyarə pilotlarının Minskdə enməsi qərarının səbəbləri ilə bağlı avialayner pilotlarının dindirilməsi barədə məlumat yoxdur.

Bundan başqa, İşçi Qrup bir sıra dövlətlər tərəfindən aparılan milli araşdırmalar çərçivəsində sorğuların ünvanlandığı bəzi dövlətlərdən lazımi əməkdaşlığın almadığını bəyan edir. Belarus tərəfi bir daha bildirir ki, indiyədək nə İsveçrədən (təhdid dolu elektron məktubların göndərildiyi elektron poçt ünvanının qeydiyyat yeri) nə də ki, digər iştirakçı ölkələrdən, milli istintaq proseduru çərçivəsində göndərilən sorğulara heç bir cavab almayıb. Hesabatın 31 yanvar 2022-ci il tarixli versiyası çıxdıqdan sonra İşçi Qrup Belarus Respublikası ilə əlavə tədbirlər keçirməyib və Belarus hakimiyyətindən əlavə məlumat üçün sorğu göndərilməyib. Belarus Respublikasının rəsmi orqanları tərəfindən verilən məlumatı təkzib etmək üçün, 23 may 2021-ci il tarixində “Ryanair” aviaşirkətinin FR4978 reysi ilə işləyən, aviadispetçer olduğu iddia edilən, anonim mənbədən hesabatda istifadə edilməsi heç bir tənqidə dözmür.

Belarus hakimiyyətinin bildirdiyinə görə, 2021-ci ilin yayında uçuşla işləyən həqiqi dispetçer işə gəlməyib, onun dəqiq yeri işəgötürənlərə və hakimiyyətə məlum deyil. Bununla yanaşı onun axtarışı ilə bağlı yaxınlarından Belarus hüquq-mühafizə orqanlarına heç bir müraciət daxil olmayıb. Həqiqi aviadispetçerin yazılı ifadəsi Belarus hakimiyyəti tərəfindən lazımi qaydada ICAO-ya təqdim edilib, nəticədə bu, istintaq üzrə İşçi Qrup tərəfindən nəzərə alınmayıb.

ICAO-nun guya aviadispetçer tərəfindən apardığı iddia edilən audioyazıda (iş yerində daxili prosedurları pozmaqla – aviadispetçerin iş yerində mobil telefondan istifadəsi qadağandır), yazının düzgünlüyünün və səslərin mənsubiyyətinin müəyyən edilməsi üçün hər hansı texniki ekspertizanın olmaması, ekspertiza sonrası aviasiya 2 hakimiyyəti orqanları tərəfindən anonim mənbənin bu saxtakarlığın təşkilatçılarının planına uyğun olaraq ləkələyən hərəkətlərini şərh etmək imkanının olmaması, ICAO-nu Mülki aviasiya sahəsində beynəlxalq texniki orqan kimi nüfuzdan salır.

 

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər