ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri başa çatıb.
NTV telekanalının xəbərinə görə, səfər çərçivəsində o, Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven və digər rəsmi şəxslərlə görüşlər keçirib.
Pelosi səfəri zamanı Tayvanla ABŞ arasında ikitərəfli münasibətləri müzakirə edib.
Onun Asiyaya turu çərçivəsində Tayvana səfəri Çin tərəfindən pislənilib.