10 C
Baku
Monday, November 18, 2024

“Societe Generale” Rusiyada €3.3 mlrd. itirib

Fransanın “Societe Generale” bank qrupu şirkətin 2022-ci ilin ikinci rübü üçün maliyyə hesabatlarına əsasən, Rusiyadakı biznes satışından 3.3 milyard avro itirib. Şirkət bildirib ki, Rusiya bazarından çıxış “sistemli və səmərəli” baş tutub.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Bütövlükdə ikinci rübdə “Societe Generale” “Rosbank”ın satışını və sığorta biznesini nəzərə alaraq 1.5 milyard avro zərər gördüyünü bildirib. “Societe Generale”in rüb üzrə gəliri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12.8% artıb.

Apreldə fransız şirkəti “Rosbank”ı və onun sığorta biznesini milyarder Vladimir Potaninə məxsus “Interros” holdinqinə satıb. Tərəflər əməliyyatın maliyyə şərtlərini açıqlamayıb, lakin “Rosbank”ın tərəfdaş olaraq qalacağını bildiriblər.

Son xəbərlər
Digər xəbərlər