Finlandiya Bankının sədri Erkki Liikanen öz aylıq əmək haqqını miqrantlara verəcək. Bank sədri Qırmızı Xaç Cəmiyyətinin aksiyası çərçivəsində bu addımı atacaq:
“Mən Qırmızı Xaç Cəmiyyətinin aksiyasına qoşuluram və aylıq əmək haqqımı – 10 min avronu təşkilatın hesdabına köçürürəm. Mən bilirəm ki, bu vəsait daha çox ehtiyacı olan insanlara çatacaq” .
Erkki Liikanen 2004-cü ildən Avropa Mərkəzi Bankının idarəedici şurasının üzvüdür. Bundan qabaq, Finlandiya baş naziri Yuha Sipilya paytaxt Helsinkidə yaşayacağı üçün gələn ilin əvvəllərindən Kempele şəhərindəki evini miqrantlara verə biləcəyini söyləyib.
Modern.az