“Ukraynadan sonra Rusiya Moldova, Qazaxıstan və Gürcüstana hücum edəcək”.
Bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçma BBC-yə müsahibəsində deyib.
Onun fikrincə, ən böyük təhlükə Litva və ya Polşanı deyil, NATO-dan kənar postsovet respublikalarını gözləyir:
“Moldova və Şimali Qazaxıstanla bağlı eyhamlar adi hala çevrilib, indi bu kontekstdə Gürcüstanın da adı çəkilir. Axı Rusiya yalnız bəzən ondan daha zəif olanlara, hətta daha yaxşı – böyüklük sırası ilə zəif olanlara hücum edir”.
L.Kuçma həmçinin bildirib ki, Rusiya NATO-ya birbaşa meydan oxumağa qadir deyil. Keçmiş Prezidentin sözlərinə görə, əgər Ukrayna dözərsə, o zaman Rusiyanın digər postsovet ölkələrinə hücumu olmayacaq.