10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda avtomobil nəqliyyatı sahəsində qanunvericilik dəyişdiriləcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avtomobil nəqliyyatı və logistika şirkətlərinin nümayəndələri ilə görüşüb. Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşün məqsədi avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması sahəsində mövcud vəziyyət, problemlər və perspektivlər barədə müzakirələrin aparılması, yeni prioritetlərin müəyyən edilməsi və təkliflərin dinlənilməsi olub.

Nazirlikdən bildirilir ki, müzakirə zamanı avtomobil nəqliyyatı sahəsində aparılan islahatlar, yerli daşıyıcıların beynəlxalq daşımalar bazarına çıxışının genişləndirilməsi, həmçinin nəqliyyat sahəsində rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, yaxın zamanlarda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Nizamnaməsi təsdiq ediləcək.

Qeyd olunub ki, avtomobil nəqliyyatı sahəsini tənzimləyən mövcud normativ-hüquqi aktlarda ciddi dəyişikliklərlə bağlı təkliflər hazırlanmış və yaxın zamanlarda təsdiq edilməsi gözlənilir. Bu sahədə xidmətlərin elektron formada göstərilməsini, habelə məlumatların əlçatanlığını təmin edən “AYNA” informasiya sistemi yaradılacaq.

 

Son xəbərlər
Digər xəbərlər