Çinin 20-dən çox qırıcısı Tayvanla demarkasiya xəttini keçib.
Bu barədə adanın müdafiə departamenti məlumat yayıb.
Agentliyin məlumatına görə, təyyarələr Tayvanın hava hücumundan müdafiə sistemlərinin əhatə dairəsinə daxil olub. Ümumilikdə səkkiz “J-11” qırıcısı, 12 “Su-30” və daha iki “J-16” göndərilib.
Onlar Çinin Futszyan əyalətindən adaya doğru uçublar.