Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) “Diamed Development Group” MMC-yə 766 min ₼ investisiya yatırıb.
Banker.az xəbər verir ki, bu barədə AİŞ-in Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, infuzion və dializ məhsulları istehsal edən zavodun illik istehsal gücü 20 mln. ədəd məhsuldur.