9 C
Baku
Thursday, December 12, 2024

Rusiyada adını dəyişən brendlər – Siyahı

Fevralın 24-dən sonra Rusiyada fəaliyyətini məhdudlaşdırmaq qərarına gələn iyirmidən çox beynəlxalq şirkət adını dəyişərək işlini davam etdirir. Onlardan bəziləri loqosunu latın əlifbasından kiril əlifbasına dəyişdirib (“L’Occitane” –   “л’Окситан”) , digərləri isə adının yalnız baş hərflərini saxlayıb (“Reserved” – “RE”).

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ölkəni həmişəlik tərk etmiş şirkətlərin yeni sahibləri loqonu kökündən dəyişib. Məsələn, “McDonald’s” restoranlar şəbəkəsi “Vkusno i Tochka”, “Shell” isə “Teboil” olub.

Rusiyada adını dəyişmiş brendlərin tam siyahısı:

Geyim və kosmetika

L’Occitane – л’Окситан

Reserved – RE

Cropp – CR

House – XC

Mohito – M

Sinsay – Син

Levi’s – JNS

Maliyyə şirkətləri

Zurich – Turikum

EY – Б1

Deloitte – Деловые решения и технологии

PwC – Технологии доверия

Yanacaqdoldurma məntəqələri şəbəkələri

Shell – Teboil

Hotellər

The Ritz-Carlton – The Carlton Moscow

Crowne Plaza Moscow WTC – Plaza Garden Moscow WTC

Holiday Inn Express Moscow Khovrino – Satelinn Moscow Khovrino

Jurnallar

Cosmopolitan – VOICE

Esquire – Правила жизни

Harper’s Bazaar – The Symbol

Домашний очаг – Новый очаг

Men’s Health – Men Today

Популярная механика – TechInsider

Qida və restoranlar

McDonald’s – Вкусно и точка

Valio – Viola

Fazer Group – Хлебный дом

Coca-Cola – Добрый Cola

Fanta – Добрый Orange

Schweppes – Rich тоник

Lay’s – Layc

Maxibon – Maxiduo

Extreme – Sunreme

Hələki adını dəyişməyənlər

KFC

Pizza Hut

Nokia

Marks & Spencer

Son xəbərlər
Digər xəbərlər