8 C
Baku
Thursday, November 28, 2024

Şahin Bağırov Gömrük Komitəsinin yüksək vəzifəli şəxsini təqaüdə göndərdi

Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov təqaüdə göndərilib.

Müvafiq əmri Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən, sədrin birinci müavini Şahin Bağırov imzalayıb. Onun barəsində qurumun rəsmi saytındakı məlumat da silinib.

Qeyd edək ki, T. Xəlilov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. Daha əvvəl Dövlət Gömrük Komitəsinin yüksək vəzifə tutan üç əməkdaşı vəzifədən kənarlaşdırılmışdı.

1659696838 297247551 361744232799761 1135228996546326002 n

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər