14 C
Baku
Sunday, November 24, 2024

Dövlət qurumları tərəfindən ötən ay açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb

Bu ilin iyul ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı iyun ayı ilə müqayisədə 34% azalaraq 472 ədəd təşkil edib.

İyul ayı ərzində mərkəzə daxil olan sorğulardan 97,2%-nə baxılıb və təmin edilib.
Məlumata əsasən, iyunda Azərbaycan internet məkanında dövlət qurumlarına aid 3 domen və 14 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 57 hesabat təqdim edilib.

Ümumilikdə, bu ilin yanvar-iyul ayları ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3472 ədəd təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 36,8% çoxdur.

Qeyd olunan dövr ərzində ümumi sorğuların 94,7%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 278 hesabat təqdim edilib. Bu ilin ilk yeddi ayında Azərbaycanın internet seqmentində 31 domen və 99 subdomen qeydiyyata alınıb.

Son xəbərlər
Digər xəbərlər