Avropa ölkələri yeraltı qaz anbarlarını orta hesabla 71,19% doldurublar.
Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) açıqlamasında deyilir.
Qeyd olunur ki, hazırda Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 71,4 mlrd. kubmetrə yaxındır.