Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi görüşdə Rusiya və Ukrayna liderləri arasında görüş üçün platforma kimi yenidən ölkəsini təklif etdiyini açıqlayıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən qayıdarkən jurnalistlərə bildirib.
“İndi taxıl ixracı planını tam şəkildə həyata keçirmək və bunu İstanbul danışıqlarına qayıtmaq üçün konkret addımlarla dəstəkləmək vacibdir. Münaqişənin əvvəlindən deyirəm ki, Ukraynadakı müharibədə qalib ola bilməz. “Meydandakı” çətinliklərə baxmayaraq, əminəm ki, böhranı danışıqlar masası arxasında həll etmək olar. Putinə xatırlatdım ki, biz onun Zelenski ilə danışıqları üçün platforma olmağa hazırıq. Regional və qlobal sülhün təmin edilməsinə töhfə vermək üçün Qara dəniz qonşumuzla dialoqu davam etdirəcəyik”, – Türkiyə prezidenti deyib