10 C
Baku
Thursday, December 12, 2024

Müdafiə Nazirliyinin rəhbərinə təsir edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida hökumətdə gözlənilən kabinet dəyişikliyi zamanı Nobuo Kişini Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən kənarlaşdırmaq niyyətindədir.

Bu barədə “Nikkei” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, 63 yaşlı Kişinin istefası səhhəti ilə bağlı ola bilər. Son aylar nazir təkbaşına yeriməyi dayandırıb və əlil arabasından istifadə etməyə başlayıb.

Avqustun 6-da Kişida növbəti həftə hökumətdə dəyişiklik etmək niyyətində olduğunu açıqlayıb. Baş nazirin sözlərinə görə, belə tədbirlər bir sıra problemlərə, o cümlədən Ukrayna və Tayvan ətrafındakı vəziyyətə, koronavirusla mübarizəyə və Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yanaşmanın inkişafı üçün zəruridir.

 

 

Son xəbərlər
Digər xəbərlər