9 C
Baku
Friday, December 13, 2024

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyaya çağırış edib

Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etmir və işğal olunmuş Gürcüstan bölgələrdə qeyri-qanuni nəzarətini genişləndirməkdə davam edir.

Bu, Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Qeyd olunub ki, Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrində fundamental insan hüquqlarının kobud şəkildə pozulması, etnik ayrı-seçkilikvə yüz minlərlə məcburi köçkün və qaçqının öz evlərinə qayıtmaq hüququnun pozulması Rusiyanın qeyri-qanuni işğalının ağır humanitar yükü olmaqda davam edir.

Vurğulanıb ki, beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatlarının məhdudiyyətsiz çıxışı və beynəlxalq təhlükəsizlikmexanizmlərinin yerlərdə yerləşdirilməsi, habelə missiyanın mandatına baxmayaraq, Aİ-nin monitorinq missiyasınınAbxaziya və Tsxinvali regionlarına daxil olmasına təəssüf ki, işğalçı güc tərəfindən hələ də maneələr törədilir.

“Bu çətin fonda Avropa İnsan Hüquqları Məhkəməsinin 2008-ci il Rusiya-Gürcüstan müharibəsi ilə bağlı 2021-ci il yanvarın 21-də qəbul etdiyi qərarda Rusiya Federasiyasının Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsini/Cənubi Osetiya regionlarını işğal etməsi, və onlara effektiv nəzarəti hüquqi cəhətdən təsdiqlənmiş, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasınagörə məsuliyyətə cəlb edib. 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə ilk hüquqi qiymət verən bu qərar RusiyaFederasiyasının qanunsuz işğal və onun nəticələrinə görə hüquqi məsuliyyətdən yayınmaq üçün uzunmüddətli səylərininnəticəsiz olduğunu göstərir”.

Vurğulanıb ki, Gürcüstan Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli siyasətini həyata keçirməkdə davam edir və ölkənininteqrasiyasına və sülh yolu ilə inkişafına, işğal xətti ilə bölünmüş cəmiyyətlər arasında etimadın bərpasına və Avropa sayağı gələcək qurulmasına can atır və bu yolda beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək diplomatik və hüquqi vasitələrdən istifadə edir.

“Gürcüstan beynəlxalq ictimaiyyətin ölkənin suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə minnətdardırvə Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli prosesində beynəlxalq tərəfdaşların töhfəsini yüksək qiymətləndirir. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə beynəlxalq hüququn prinsiplərini pozmaqda davam etdirdiyi və Avropanıntəhlükəsizliyinə zərbə vurduğu bu dövrdə sözügedən dəstək xüsusi əhəmiyyət kəsb edir.

Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstana qarşı qeyri-qanuni və təxribat xarakterli hərəkətləri dayandırmağa, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əsasənAvropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə, öz hərbi qüvvələrini geri çəkməyə, Gürcüstan ərazisindənçıxarmağa və işğal olunmuş ərazilərin müstəqilliyin tanınması haqqında qeyri-qanuni qərarı dəyişməyə çağırır.

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Gürcüstan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin və qaçqınlarınöz evlərinə qayıtması istiqamətində birgə səyləri yönəltməyə, Gürcüstanda və bütövlüklə regionda sülh və təhlükəsizliyintəmin edilməsi üçün təsirli addımlar atmağa çağırır”.

 

 

Son xəbərlər
Digər xəbərlər