“Nokia”nın Xəzər regionu üzrə rəhbəri dəyişib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, “Nokia Solutions and Netvorks Bakı” MMC-nin direktoru Ahmet Cankurt Ugurlu vəzifəsindən gedib.
Onu bu vəzifədə Massimiliano Volpe əvəzləyib.
Xatırladaq ki, “Nokia Solutions and Netvorks Bakı” MMC Azərbaycanda şirkət kimi 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 12.83 milyon avrodur.