“Sünik rayonu ərazisində, Mehri-Ağarak avtomobil yolunun İranla sərhədə yaxın hissəsində nəzarətin gücləndirilməsi narkotik vasitələrin qanunsuz idxalına cəhdlərin sayının artması ilə bağlıdır”.
Bu haqda Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsi məlumat yayıb. Məlumatda 8-9 ay əvvəl Ermənistanın Mehri rayonu ərazisində 5 modul tipli məntəqənin quraşdırılması belə izah edilir:
““Dövlət sərhədi haqqında” qanuna uyğun olaraq, bu ilin əvvəlindən Ermənistan hökuməti, Milli Təhlükəsizlik Xidməti və digər səlahiyyətli orqanlar ilə razılaşdırılaraq, yoxlama tədbirlərinin həyata keçirilməsi üçün sərhədçilərin bir sıra növbətçi postları yaradılıb. Belə ki, qaçaqmalçılıq, qanunsuz miqrasiya və digər hüquq pozuntularının aşkar edilməsi, qarşısının alınması məqsədilə şəxslərə və nəqliyyat vasitələrinə baxış keçirilir”.