“Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt təminat xərcliyinin hesablandığı hərbi xidmət vəzifəsi mövcud olmadıqda hərbi qulluqçuların vəzifələrinin mövcud hərbi xidmət vəzifələrinə uyğunlaşdırılması siyahısına dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2013-cü il 27 fevral tarixli 30 nömrəli qərarına edilən dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Azərbaycan Respublikasının hərbi komissarlıqlarının (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) (Pensiya təyin edilməsi üçün hərbi qulluqçunun və ya vəfat etmiş hərbi qulluqçunun ailə üzvlərinin müraciət etdiyi vaxt mövcud olmayan hərbi xidmət vəzifəsi) və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) (Mövcud hərbi xidmət vəzifəsi) uyğunlaşdırılan vəzifələri yeni redaksiyada verilib.
Yeni siyahı aşağıdakı kimidir:
3. Azərbaycan Respublikasının hərbi komissarlıqları (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) | 3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) |
3.1. Birinci dərəcəli şəhər hərbi komissarlıqları | 3.1. Xidmətin yerli baş idarələri |
Hərbi komissar | baş idarə rəisi |
Bölmə rəisi — hərbi komissarın müavini | baş idarə rəisinin müavini – şöbə rəisi |
Bölmə rəisi | şöbə rəisi |
Bölmə rəisinin baş köməkçisi | şöbənin baş zabiti |
Bölmə rəisinin köməkçisi, təlimatçı | şöbənin zabiti |
Məsul icraçı, kargüzar, operator | baş məsul icraçı |
3.2. Birinci dərəcəli hərbi komissarlıqlar | 3.2. Xidmətin yerli idarələri |
Hərbi komissar | idarə rəisi |
Bölmə rəisi — hərbi komissarın müavini | idarə rəisinin müavini – şöbə rəisi |
Bölmə rəisi | şöbə rəisi |
Bölmə rəisinin baş köməkçisi | şöbənin baş zabiti |
Bölmə rəisinin köməkçisi, təlimatçı | şöbənin zabiti |
Məsul icraçı, kargüzar, operator | baş məsul icraçı |
3.3. İkinci dərəcəli hərbi komissarlıqlar | 3.3. Xidmətin yerli şöbələri |
Hərbi komissar | şöbə rəisi |
Bölmə rəisi-hərbi komissarın | şöbə rəisinin müavini – bölmə rəisi |
müavini | |
Bölmə rəisi | bölmə rəisi |
Bölmə rəisinin baş köməkçisi | şöbənin zabiti |
Bölmə rəisinin köməkçisi, təlimatçı | bölmənin zabiti |
Məsul icraçı, kargüzar, operator | baş məsul icraçı |
3.4. Üçüncü dərəcəli hərbi komissarlıqlar | 3.4. Xidmətin yerli şöbələri |
Hərbi komissar | şöbə rəisi |
Bölmə rəisi — hərbi komissarın müavini | şöbə rəisinin müavini — bölmə rəisi |
Bölmə rəisi | bölmə rəisi |
Məsul icraçı, kargüzar, operator | baş məsul icraçı |
3.5. Dördüncü dərəcəli hərbi komissarlıqlar | 3.5. Xidmətin yerli şöbələri |
Hərbi komissar | şöbə rəisi |
Bölmə rəisi — hərbi komissarın müavini | şöbə rəisinin müavini — bölmə rəisi |
Bölmə rəisi | bölmə rəisi |
Məsul icraçı, kargüzar, operator | baş məsul icraçı |
3.6. Beşinci dərəcəli hərbi komissarlıqlar | 3.6. Xidmətin yerli bölmələri |
Hərbi komissar | bölmə rəisi |
Hərbi komissarın müavini | bölmə rəisinin müavini |
Hərbi komissarın köməkçisi, təlimatçı | bölmənin zabiti |
Məsul icraçı, kargüzar, operator | baş məsul icraçı |
Qeyd edək ki, indiyə qədər siyahı aşağıdakı kimi olub:
3. Azərbaycan Respublikasının Hərbi Komissarlıqları (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) | 3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) |
3.1. Birinci dərəcəli hərbi komissarlıqlar | 3.1. Xidmətin yerli idarələri |
Hərbi komissar | idarə rəisi |
Bölmə rəisi — hərbi komissarın müavini | idarə rəisinin müavini – şöbə rəisi |
Bölmə rəisi | şöbə rəisi |
Bölmə rəisinin baş köməkçisi | şöbənin baş zabiti |
Bölmə rəisinin köməkçisi, təlimatçı | şöbənin zabiti |
Məsul icraçı, kargüzar, operator | baş məsul icraçı |
3.2. İkinci dərəcəli hərbi komissarlıqlar | 3.2. Xidmətin yerli şöbələri |
Hərbi komissar | şöbə rəisi |
Bölmə rəisi-hərbi komissarın müavini | şöbə rəisinin müavini – bölmə rəisi |
Bölmə rəisi | bölmə rəisi |
Bölmə rəisinin baş köməkçisi | şöbənin zabiti |
Bölmə rəisinin köməkçisi, təlimatçı | bölmənin zabiti |
Məsul icraçı, kargüzar, operator | baş məsul icraçı |
3.3. Üçüncü dərəcəli hərbi komissarlıqlar | 3.3. Xidmətin yerli şöbələri |
Hərbi komissar | şöbə rəisi |
Bölmə rəisi — hərbi komissarın müavini | şöbə rəisinin müavini — bölmə rəisi |
Bölmə rəisi | bölmə rəisi |
Məsul icraçı, kargüzar, operator | baş məsul icraçı |
3.4. Dördüncü dərəcəli hərbi komissarlıqlar | 3.4. Xidmətin yerli şöbələri |
Hərbi komissar | şöbə rəisi |
Bölmə rəisi — hərbi komissarın müavini | şöbə rəisinin müavini — bölmə rəisi |
Bölmə rəisi | bölmə rəisi |
Məsul icraçı, kargüzar, operator | baş məsul icraçı |
3.5. Beşinci dərəcəli hərbi komissarlıqlar | 3.5. Xidmətin yerli bölmələri |
Hərbi komissar | bölmə rəisi |
Hərbi komissarın müavini | bölmə rəisinin müavini |
Hərbi komissarın köməkçisi, təlimatçı | bölmənin zabiti |
Məsul icraçı, kargüzar, operator | baş məsul icraçı |