14 C
Baku
Saturday, September 28, 2024

Bayden bu gün İsveç və Finlandiya ilə bağlı protokolları imzalayacaq

Bu gün ABŞ Prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq.

Bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edək ki, NATO-ya üzv ölkələr Finlandiya və İsveçin üzvlük protokolunu imzalayıblar. Baş katib Yens Stoltenberq iyulun 5-dən etibarən İsveç və Finlandiyanın NATO-ya dəvətli ölkələr sayılacaqlarını və alyansın işinə qatıla biləcəklərini əlavə edib.

 

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər