9 C
Baku
Thursday, December 26, 2024

Rusiya ABŞ-ı üçüncü ölkələrdən nüvə silahlarını çıxarmağa çağırdı

“ABŞ üçüncü ölkələrdən nüvə silahlarını çıxarmalıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini İqor Vişnevetski deyib.

O vurğulayıb ki, NATO açıq şəkildə özünü nüvə ittifaqı elan edir və ABŞ-ın nüvə silahları onlardan istifadəni təcrübədən keçirən qeyri-nüvə ölkələrinin ərazisində yerləşir.

Vişnevetski bunu təhlükəsizliyə mənfi təsir edən, nüvə münaqişəsi riskini artıran amil adlandırıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər