Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 020 ABŞ dollarından aşağı enib.
8 avqust tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) sentyabr fyuçerslərinin qiyməti 2 016.4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2.4% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.