1 C
Baku
Saturday, December 14, 2024

Hulusi Akar: Taxıl sazişi sadəcə Ukrayna limanlarına aiddir”

Rusiya və Ukraynanı “Taxıl sazişi” üçün bir araya gətirmək çox güc aldı və yorucu oldu, çünki tərəflər fərqli şəkildə düşünürlər.

Bu barədə Ankarada keçirilən 13-cü Səfirlər Konfransında çıxışı zamanı Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Müştərək Koordinasiya Mərkəzi heç bir ciddi çatışmazlıq olmadan işinə davam edir. İndiyə qədər taxıl koridoru boyunca mina problemi də ortaya çıxmayıb.

Nazir əlavə edib ki, bu saziş sadəcə Ukrayna limanlarına aiddir, Rusiya limanlarına dair danışıqlar davam edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər