1 C
Baku
Saturday, December 14, 2024

TRASEKA-nın Azərbaycan hissəsində yük dövriyyəsi 26% artıb

2022-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 24 253.5 min ton, yük dövriyyəsi isə 6 005.6 mln. ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19.3% və 25.6% artım müşahidə olunub.

Banker.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, yüklərin 13 079.6 min tonu və ya 53.9%-i avtomobil nəqliyyatı, 7 914.2 min tonu və ya 32.6%-i dəmir yolu nəqliyyatı, 3 259.7 min tonu və ya 13.5%-i dəniz nəqliyyatı ilə daşınıb.

DSK-nın məlumatına görə, dəhliz vasitəsilə daşınmış yüklərin 27.3%-ini və ya 6 621.5 min tonunu tranzit yüklər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər