14 C
Baku
Saturday, November 23, 2024

Polşa Baş naziri Boris Consonu qəbul etməkdən imtina edib

Polşa Baş naziri Mateuş Moravetski Böyük Britaniya Baş naziri vəzifəsini icra edən Boris Consonu qəbul etməkdən imtina edib.

Bu barədə “Bloomberg” Polşa və Britaniya hakimiyyətlərindəki mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Moravetski bunu vaxtının olmaması ilə əlaqələndirib. Buna görə də B. Consonun Polşa səfəri təxirə salınıb.

Qeyd olunur ki, Consonun Polşaya səfəri “vida” turnesinin bir hissəsi olmalı idi. Polşa Baş nazirinin Mətbuat xidməti məsələ ilə bağlı şərh verməkdən imtina edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər