17 C
Baku
Friday, October 18, 2024

“WhatsApp” yox olan mesajlar üçün skrinşot funksiyasını bloklayacaq

“WhatsApp” messencerinə yeni məxfilik parametrləri əlavə olunacaq. Bu, istifadəçilərə şəxsi mesajları daha yaxşı qorumağa imkan verəcək. Məsələn, messencer “online presence control” rejimini təqdim edib, hansıki “Onlayn” statusu görünmədən proqramdan istifadəni mümkün edir. Yenilik avqust ayında bütün platformalarda əlçatan olacaq.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Həmçinin kimlərin “Onlayn” statusu görə biləcəyini seçmək olacaq. Siyahıya istədiyiniz qədər istifadəçi əlavə edə bilərsiniz.

Bundan əlavə, “WhatsApp” bir dəfə baxılması nəzərdə tutulan “yoxa çıxan” mesajlar üçün skrinşot funksiyasını bloklayacaq. Xatırladaq ki, bu funksiya hələ 2021-ci ilin sonunda təqdim edilib.

Son xəbərlər
Digər xəbərlər